Millət vəkilləri Masallıda şəhid ailələrini ziyarət etdilər – FOTOLAR

Millət vəkilləri Masallıda şəhid ailələrini ziyarət etdilər – FOTOLAR
  • Sosial / Araşdırma

  • Milli Məclisin deputatları - Anar İsgəndərov və Məşhur Məmmədov Masallı rayonunda şəhid ailələrini ziyarət ediblər.

    Asiya.az xəbər verir ki, millət vəkilləri rayonun Binə Xocavar kəndində şəhid Elməddin İsmayıl oğlu Nəzərovun il mərasimində iştirak ediblər.

    Şəhid Elməddin Nəzərovun adına tikilən bulaq-abidə kompleksini ziyarət edən deputatlar şəhidin evində olub, onun ailə üzvlərinə başsağlığı veriblər. 

    Sonra millət vəkilləri Masallı rayonu Hüseynhacılı kəndindən olan şəhid Novruzov Elçin İsmət oğlunun və Sərçuvar kəndindən olan şəhid Şəhid İsgəndərov Səməndər Vahid oğlunun evində olub, ailə üzvləri ilə görüşüblər. Şəhid ailələrinin sosial durumu, problemləri ilə maraqlanan deputatlar onlara təsəlli verərək, hər zaman yanlarında olacaqlarını bildiriblər.

    Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, 30 ildir doğma yurdlarından köçkün düşən soydaşlarımız sığındıqları evlərdə qonaq kimi yaşayaraq, daim gözləri yol çəkib. Tezliklə öz el-obalarına qayıdacaqlarına inandıqları üçün müvəqqəti yaşadığları evləri təmir belə etmirdilər. Biz onların yaşadıqları mənzilləri çox vaxt dağınıq görmüşük. Təkcə onların evləri deyil, sanki ruhları dağınıq idi.

    Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz işğal edilmiş torpaqlarımızı geri aldılar. Bu sevinci bizə yaşatdıqları üçün ilk növbədə şəhidlərimizə borcluyuq.

    Millət vəkili Anar İsgəndərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq, “şəhidlərimiz bizə əyilən vüqarımızı qaytardılar. Onlar təkcə valideynlərinin yox, hamımızın övladıdır. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.” bildirmişdir. 












    PAYLAŞ:

    Oxşar xəbərlər