Masallıda şəhid Elməddin Nəzərovun anım mərasimi keçirilib - FOTOLAR

Masallıda şəhid Elməddin Nəzərovun anım mərasimi keçirilib - FOTOLAR
  • Hərb

  • Masallı rayonunun Binə Xocavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elməddin İsmayıl oğlu Nəzərovun anım mərasimi təşkil edilib.

    Asiya.az xəbər verir ki, anım mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

    İcra başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq, “Elməddin kimi oğullar bizə əyilən vüqarımızı qaytardılar. Elməddin, təkcə İsmayılın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.” bildirmişdir. 

    Şəhid Elməddin Nəzərovn ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirib.
        

    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkəmizə, millətimizə dualar etmişlər.

    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Elməddin İsmayıl oğlu Nəzərovun məzarını ziyarət ediblər.












    PAYLAŞ:

    Oxşar xəbərlər