“Şəhidlik manifesti”-nin Masallı Regional Mədəniyyət İdarəsində təqdimatı oldu - FOTO

“Şəhidlik manifesti”-nin Masallı Regional Mədəniyyət İdarəsində təqdimatı oldu - FOTO
  • Manşet / Cəmiyyət

  • Yazıçı-publisist Nurəddin Ədiloğlunun Qarabağ müharibəsində şəhid olan Masallının igid, qəhrəman oğullarına həsr etdiyi  “Şəhidlik manifesti” adlı yeni kitabının Masallı Regional Mədəniyyət İdarəsində təqdimatı keçirilib.


    Asiya.az xəbər verir ki, ideya müəllifi və məsləhətçisi Milli Məclisin deputatı Məşhur Məmmədov olan kitabı idarənin rəisi Bəxtiyar Qılıncova millət vəkilinin köməkçiləri Hekayət NəzərovRəmzi Şahverdiyev təqdim edib. 

    Bəxtiyar Qılıncov qeyd edib ki, Masallı Mərkəzi kitabxanası da daxil olmaqla Masallı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən 48 kitabxananın hamısına təqdim edilən “Şəhidlik manifesti” veriləcək.


    Millət vəkilinin köməkçisi Hekayət Nəzərov Asiya.az-a açıqlamasında bildirib ki, Masallı rayonunda fəaliyyət göstərən təhsil ocaqları, müəssisə və təşkilatların hamısında kitabın təqdimatı nəzərdə tutulub. 


    Kitabın təqdimat mərasimində “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.


    Qeyd edək ki, Kitaba Vətən müharibəsində şəhidlik məqamına yüksələn 62 igid əsgər və zabit haqqında bədii-publisistik məqalə və esselər, ümumilikdə, Qarabağ uğrunda savaşda həlak olan 246 döyüşçü barədə xronoloji məlumatlar daxil edilib. 


    PAYLAŞ:

    Oxşar xəbərlər