Daşkəsəndə Vətən Müharibəsi şəhidləri anılıb, xatirə bulağının açılışı olub - FOTOLAR

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri anılıb, xatirə bulağının açılışı olub - FOTOLAR
  • Sosial

  • Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən Müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım mərasimlərində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidlərin valideynləri, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


    Asiya.az xəbər verir ki, əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.

    Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev  bildirib ki, bu gün fəxarətlə söylədiyimiz, qürurlandığımız Qarabağda tarixi Zəfərimizi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. O deyib ki, bu şanlı Zəfərdə payı olan Ramid və Asif kimi qəhrəman oğullarımızla hər bir daşkəsənli fəxr edir. 


    Əhəd Abıyev çıxışında Şəhidlərin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki, Tağıyev Ramid Yaqub oğlu 1994-ci il fevralın 25-də Yuxarı Daşkəsən qəsəbəsində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Ramid Tağıyev 2020-ci oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 18-də  Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab  İlham Əliyevin sərəncamlarına əsasən şəhid Ramid Tağıyev "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.


    Tağıyev Asif Zakir oğlu 1985-ci il fevralın 23-də Daşkəsən rayon Quşçu kəndində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Asif Tağıyev də 2020-ci oktyabrın 3-də  Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 18-də  Daşkəsən  Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab  İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən şəhid Asif Tağıyev "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

    Daha sonra şəhid Ramid Tağıyevin Yuxarı Daşkəsən qəsəbəsində Şəhidin adını əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib. Bulağın açılış lentini Əhəd Abıyevlə Şəhidin anası Zərniyar Tağıyeva kəsiblər. Şəhidin xatirəsinə inşa edilən bulağın açılışında məktəblilərin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib. 

    Şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva, şəhid Asif Tağıyevin anası Nəzakət Tağıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqları bildiriblər.











    PAYLAŞ:

    Oxşar xəbərlər