Qarakənd faciəsindən 30 il keçir

Qarakənd faciəsindən 30 il keçir
  • Manşet / Cəmiyyət

  • Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

    Asiya.az xatırladır ki, Qarakənd faciəsindən 30 il ötür.

    1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:
    Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
    İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
    Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
    Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini
    Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
    Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
    Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
    Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
    İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru
    Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
    Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
    Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
    Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
    Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
    Alı Mustafa oğlu Mustafayev – telejurnalist
    Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı
    Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
    Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
    Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
    Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
    Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.
    Faciədən 30 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.
    Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər