Qənirə Paşayeva Ağdam kökənli bir qrup ədəbiyyat, mədəniyyət, inəcəsənət xadimi ilə görüşüb - FOTOLAR

Qənirə Paşayeva Ağdam kökənli bir qrup ədəbiyyat, mədəniyyət, inəcəsənət xadimi ilə görüşüb - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ağdam doğumlu və kökənli bir qrup ədəbiyyat, mədəniyyət, inəcəsənət xadimi, yaradıcı yeni nəsil və gənclik nümayəndələri ilə fikir mübadiləsi apararaq, onları öz həyat hekayətlərini yazmağa çağırıb.

    Asiya.az
    xəbər verir ki, Ağdamın işğaldan azad olunmasının birinci ildönümü münasibəti ilə ağdamlıları, bütün vətəndaşlarımızı və dünya azərbaycanlılarını təbrik edən Qənirə Paşayeva, bu sevinci bölüşən qardaş ölkə və xalqlara, hər bir tərəqqipərvər insana ehtiramını bildirib, ürək sözlərini bölüşüb:

    “Əlbəttə, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin titanik səyləri, uğurlu daxili və xarici siyasəti, prinsipiallığı, siyasi iradəsi, dövlət-xalq birliyimiz bizim ötən il uğurlu əks hücuma başlamağımızın və tarixi Zəfərimizin əsasını təşkil etdi. Bu anlamlı gündə əziz şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla əyilir, yaralı qazilərimizə şəfalar diləyir, müharibənin bütün iştirakçılarına, qələbəmizdə payı olan hər kəsə minnətdarlığımızı bildiririk. Cənab Prezidentin və hörmətli Mehriban xanımın işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin yenidən qurulması, ümumiyyətlə Qarabağa mədəniyyətin, qaynar həyatın qayıtması üçün unikal işləri hər birimizə qürur bəxş edir. Dünya görür ki, işğalçılıq mədəniyyətsizliyi ilə quruculuq mədəniyyətinin, vandal ermənilərlə torpağın əsl sahiblərinin fərqi nədir. Dövlətimizin ali rəhbərliyi müxtəlif əhali qrupları ilə səmimi söhbətlər aparır, ziyalılarla, yerli və xarici mütəxəssislərlə görüşür və biz bu görüşlərdə, söhbətlərdə Qarabağın keçmişi və bugününün şəkilləndiyini görürük. Əslində, dünyaya ən yaxşı ismarıc da budur: Qarabağ işğaldan öncə, işğal illərində və işğaldan sonra…

    Yəni işğal illərində itirdiklərimizin miqyasını faktların dili ilə, o yaşayış məntəqələrimizin keçmiş və indiki halı ilə təqdim etmək bizim necə bir vandal zehniyyət üzərində qalib gəldiyimizi əyani göstərir. Beləliklə, biz əslində, dünyaya sırf problemlərimizlə deyil, şəhərlərimizin, qəsəbə və kəndlərimizin hekayəti ilə çıxırıq. Bu isə daha çox insan hekayətləri üzərindən daha təsirli olur. Bugünlərdə sosial şəbəkədə öz doğulduğu evinə gedərək orada – xarabalıq önündə çəkdirdiyi şəkillə, uşaqlıda tam da o mövqedə çəkdirmiş olduğu şəkli yanaşı qoyan qələm adamının paylaşımını gördük. Bu bizi çox təsirləndirdi, bu barədə Komitəmizdə müzakirə apardıq və belə bir fikir hasil oldu ki, Ağdamın yaşayan incəsənət, mədəniyyət, ədəbiyyat xadimləri, bu katqeqoriyadan olan nüfuzlu təmsilçilər və istedadlı gənclərin müqayisəli fotolarından və ürək sözlərindən ibarət fotoalbom nəşr olunması təşəbbüsü ilə çıxış edək. Belə layihələri işğaldan azad olunan digər şəhər və rayonlarımız üçün də düşünürük. Düşünürük ki, həmin fotoalbomlardakı mətnləri Azərbaycan, rus və ingilis dillərində verək, gələcəkdə digər dillərə də çevrilməsini təşkil edək.

    Sizləri Ağdamın azad olunmasının birinci ildönümü münasibəti ilə bir daha təbrik edir, dəvətimizi qəbul edib, fikir mübadiləsində iştirak etdiyiniz üçün təşəkkür edirəm”!
    “NƏFƏS” İctimai Birliyinin qərargahında keçirilən fikir mübadiləsində  “Şərəf” ordenli Xalq artisti, Dövlət Mükafatı laureatı Ramiz Quliyev, “Şərəf” ordenli Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov, Xalq artisti Fatma Mahmudova, Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser, “Space” Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, Əməkdar artist, xanəndə Təyyar Bayramov, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Əməkdar artist, xanəndə Feyruz Səxavət, Əməkdar artist, muğam ifaçısı, I Qarabağ müharibəsinin qazisi Cabir Abdullayev, muğam ifaçısı Sabir Abdullayev, filoloq alimlər – İradə Musayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı, Mədəniyyət və İncəsənət universitetinin kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, yazıçı-publisist İlqar Rəsul, “Azərbaycan” jurnalının baş redaktor müavini, yazıçı, ssenarist Vüsal Nuru, Gənclər üçün Prezident Mükafatının laureatı, gənc şair Ramil Əhməd fikir mübadiləsinə dəvət və təşəbbüs üçün Komitə sədrinə təşəkkür edib, öz ürək sözlərini bölüşüblər. Nəzərdə tutulan fotoalbomdan başqa uyğun məzmunlu film çəkilməsi təklifi də rəğbətlə qarşılanıb.

    Müzakirələrdən sonra, müvafiq işçi qrup yaradılması razılaşdırılıb; mədəniyyət, incəsənət ictimaiyyətinin nəzərdə tutulan kitaba dair təkliflərini almaq, kitabı tərtib etməkçün İlqar Rəsulun rəhbərliyi ilə fəaliyyət göstərəcək işçi qrupuna etimad göstərilib.

    Görüşdə evsahibi təşkilatın rəhbəri Firəngiz Balakişiyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı iştirak edib.













    PAYLAŞ:

    Oxşar xəbərlər