DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinə yeni müdir təyin edildi

DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinə yeni müdir təyin edildi
  • Siyasət / Manşet

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq sərəncamı ilə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov yaş həddi ilə bağlı tutduğu vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

     

    Asiya.az xəbər verir ki, Komitə sədrinin digər sərəncamı ilə həmin vəzifəyə Elvin Hüseynli təyinat alıb.

     

    Elvin Hüseynli bu vəzifəyə kimi DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsin məsləhətçi kimi çalışıb.

     

    Qeyd edək ki, E. Hüseynli 1985-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Masallı şəhər Dəfinə məktəb-liseyində aldıqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb filologiyası ixtisasına yiyələnib.

     

    2016-ci ildən DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsində çalışır.

    PAYLAŞ:

    Oxşar xəbərlər