87 yaşlı kişiyə ərə gedən qadın - "20 ildir məni sevirdi..."

87 yaşlı kişiyə ərə gedən qadın - "20 ildir məni sevirdi..."
  • Maraqlı

  • 1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

    DOST-dan verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

    Asiya.az xəbər verir ki, moderator.az-a danışan cütlük bir-birilərini 20 ildir tanıdıqlarını bildiriblər.

    "20 ildir məni sevirdi, bir yerdə işləyirdik, əvvəl razı olmurdum, axır yola gətirdi məni, razılıq verdim"
    - deyə Məsumə Dadaşova vurğulayıb.

    O, həmçinin qeyd edib ki, bu, onun ikinci evliliyidir: "Necə yalan deyim ki, birinci evliliyimdir. Əvvəl bir dəfə evli olmuşam. Birinci həyat yoldaşım 20 ildən çoxdur vəfat edib. Bir qızım da vardı, o da vəfat edib. Bir oğlum, nəvələrim var".

    Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər