Qəddafinin oğlunun prezidentliyə namizədliyi qəbul edilmədi

Qəddafinin oğlunun prezidentliyə namizədliyi qəbul edilmədi
  • Siyasət

  • Liviyanın Ali Seçki Komissiyası ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində namizədliyini rədd edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, məlum qərardan şikayət verilə bilər.
     
    Məlumata görə, komissiya qeydiyyatdan keçmək üçün sənəd təqdim edən 98 namizəddən 25-nin ərizəsini geri qaytarıb.

    İmtina edilmiş namizədlər siyahısında birinci yerdə Qəddafinin oğlunun adı gəlir. Onun sənədləri seçki qanunvericiliyinin bir sıra tələblərinə uyğun gəlməyib. Siyahıda Liviyanın keçmiş baş naziri Əli Zeydan da var. Komissiyanın qərarı ilkindir və namizədlər tərəfindən etiraz edilə bilər.

    Xatırladaq ki, Seyf əl-İslam qarşıdan gələn prezident seçkilərində iştirak üçün müraciət etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər