Gənclər Fondunun dəstəklədiyi layihə Astarada uğurla davam edir - FOTOLAR

Gənclər Fondunun dəstəklədiyi layihə Astarada uğurla davam edir - FOTOLAR
  • Sosial

  • 25 Noyabr 2021-ci ildə Astara şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin ilk təlimi keçirilmişdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr  2021-ci il tarixləri əhatə edir.


    Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, layihənin məqsədi narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində regionlardakı gənclərin geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. Təlim Astara Rayon İcra Hakimiyyətinin texniki-təşkilatı dəstəyi ilə 20 nəfər gəncin iştirak etdiyi və sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilmişdir. Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir?, narkomaniyanın potensial qurbanları - risk qrupları, narkomaniyanının sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı)  cari hesabatı mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilmişdir. Tədbir  sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. 





    PAYLAŞ:

    Oxşar xəbərlər