Masallıda ata öz övladını oğurladı – ANBAAN VİDEO

Masallıda ata öz övladını oğurladı – ANBAAN VİDEO
  • Araşdırma / Olay

  • Masallı şəhərində ata öz övladını zor gücünə qaçırıb. 

    Asiya TV xəbər verir bu barədə video sosial şəbəkələrdə yayılıb.

    Belə ki, Göyçay rayon sakini Elvin Tofiq oğlu Əliyev Masallı şəhərində yaşayan keçmiş həyat yoldaşından azyaşlı övladını zor gücünə alaraq, qaçırıb.

    Uşağı idarə etdiyi “Nissan Murano” markalı, 10 UK 118 Dövlət nömrə nişanlı avtomobilə mindirən Elvin Əliyev avtomobilin qarşısını kəsən keçmiş həyat yoldaşına xəsarət yetirərək, ərazidən uzaqlaşıb.  

    Hazırda Asiya TV-nin əməkdaşları hadisənin baş vermə səbəbi ilə bağlı araşdırma aparır.

    Ətraflı məlumat veriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər