Şəhid Cavad İbadovun anım mərasimi keçirildi – VİDEO/FOTOLAR

Şəhid Cavad İbadovun anım mərasimi keçirildi – VİDEO/FOTOLAR
  • Manşet / Cəmiyyət

  • Masallı şəhərində 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun il mərasimi keçirilib.

    Asiya TV xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov Anar İsgəndərov, müəssisə və təşkilat rəhbərləri, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran və Gəncə şəhərləri üzrə əsgər və zabitləri, şəhid ailələri, qazilər, şəhər sakinləri və başqaları iştirak ediblər.

    Rayon rəsmiləri əvvəlcə şəhidin evinin qarşısında şəhidlərin şərəfinə ucaldılan abidə-bulaq kompleksini ziyarət ediblər.

    İcra başçısı cənab Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid çavuş Cavad Cabir oğlu İbadov və onun kimi şəhidlərimizdən söhbət açaraq bildirmişdir ki, Cavad kimi oğullar bizə əyilən vüqarımızı qaytarıblar. Cavad, təkcə  Cabirin yox, hamının övladıdır. Onun kədəri bu elin, bu obanın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah Cavad balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

    Qeyd edək ki, şəhid çavuş Cavad Cabir oğlu İbadov 1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulub.

    2002-ci ildə şəhid Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbinin birinci sinfinə daxil olub

    2013-ci ildə həmin məktəbi bitirmişdir.

    Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Ordusunda hərbi xidmətə gedib.

    Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq N saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qulluq etməyə başlayıb.

    Azərbaycan Ordusunun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  çavuşu Cavad Cabir oğlu İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzuli rayonu istiqamətində ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib

    Şəhid çavuş Cavad İbadovun nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

    Subay idi…

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra Vətən uğrundaFüzulinin azad olunmasına görəCəbrayılın azad olunmasına görəXocavəndin azad olunmasına görə və "Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

    Cəfər Cəfərov, 
    Asiya.az




















    PAYLAŞ:

    Oxşar xəbərlər