Şəhid Ramazan Vəliyevin il mərasimi keçirildi - VİDEO/FOTOLAR

Şəhid Ramazan Vəliyevin il mərasimi keçirildi - VİDEO/FOTOLAR
  • Sosial / Manşet / Hərb

  • Masallı rayonu Şərəfə kəndində 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu, Vətən müharibəsinin şəhidi Ramazan Vəliyevin il mərasimi keçirilib.

    Asiya TV xəbər verir ki, il mərasimində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis General-mayoru Həzi Aslanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhəri üzə əsgər və zabitləri, şəhid ailələri, qazilər iştirak ediblər.

    İcra başçısı Şahin Məmmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışıb.

    “Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Ramazanın ruhu bizimlədir. Ramazanlar bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytardılar, Zəfər sevinci yaşatdılar. Ramazan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.” 


    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Sərəncamına əsasən Ramazan Hilal oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif edilib.

    Allah rəhmət etsin.









    PAYLAŞ:

    Oxşar xəbərlər