“Qırmızı Kitab”a düşən ağacları kəsən şəxs barəsində cinayət işi başlandı - FOTO

“Qırmızı Kitab”a düşən ağacları kəsən şəxs barəsində cinayət işi başlandı - FOTO
  • Olay

  • DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər. 


    Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

     

    Faktla bağlı araşdırma aparılır.




    PAYLAŞ:

    Oxşar xəbərlər