Nurəddin Ədiloğlunun kitabı Təbrizdə nəşr olundu - FOTO

Nurəddin Ədiloğlunun kitabı Təbrizdə nəşr olundu - FOTO
  • Sosial / Manşet

  • Bu barədə müəllifə Zəncan Universitetinin professoru, Tehranda nəşr olunan “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi DƏRƏCƏK (SOYTÜRK) xəbər verib. 

    Asiya.az xəbər verir ki, Təbriz şəhərinin “Aydın” nəşriyyatında işıq üzü görən kitab “Behişt zəvvarları” adlanır. Azərbaycanın qəhrəman övladlarından bəhs edən kitabı əski Azərbaycan əlifbasına Solmaz xanım Vəlipur və Elmira Zəncani çeviriblər.  

    Xatırladaq ki, bu Nurəddin Ədiloğlunun Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza təqdim olunan sayca üçüncü kitabıdır. Kitaba Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi ağcabədili Etibar İsmayılov, Aprel və Tovuz döyüşlərinin “Akula” ləqəbli kəşfiyyatçısı,  Masallıdan olan şəhid mayor Anar Novruzov, 44 günlük Vətən müharibəsinin şəhidləri - naxçıvanlı baş leytenant Fuad Əlizadə, lənkəranlı məşhədi Orxan Dadaşlı və başqaları haqqında məqalələr daxil edilmişdir.



    PAYLAŞ:

    Oxşar xəbərlər