Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, mayor Tərlan Babayevlə görüşüb

Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, mayor Tərlan Babayevlə görüşüb
  • Hərb

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin qazisi, mayor Tərlan Babayevlə görüşüb.

    Asiya.az xəbər verir ki, Qənirə Paşayeva qazi zabitin səhhəti, qayğıları və döyüş yolu ilə maraqlanıb. Komitə sədri qazini dinləyib, öz ürək sözlərini bölüşüb: “Əziz qazimiz, Bizi Sizinlə Laçının düşmən işğalından azad olunmasının birinci ildönümündə görüşürük. Sizi bu anlamlı gün münasibəti ilə təbrik edirəm. Siz Vətən uğrunda döyüşlərdə ağır yaralnmış, həkimlərimizin şəfqəti ilə sağlamlığınızı önəmli dərəcədə bərpa etmisiz. Siz 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmisiz. Siz hərbi hissədə mühüm vəzifə daşımısız. Xidmət etdiyiniz hərbi hissə ilə birgə torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə sonuclanan əks-hücumda fəal iştirak etmisiz. Səhhətinizlə bağlı 20 may 2020-ci ildə ordu sıralarından ehtiyata buraxılmısız. Siz döyüşlərdə göstərdiyiniz igidliyə görə cənab Prezidentin sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmusuz. Cənab Prezidentin göstərişi ilə mənzillə təmin olunmusuz. İnanıram ki, hərbi xidmətdə olduğu kimi, mülki həyatda da uğur qazanacaq, həmişə cəmiyyətimizin sevgi-sayğısı ilə qarşılaşacaqsız. Sizinlə fəxr edir, sizə möhkəm can sağlığı, yeni uğurlar arzulayıram”!
    Komitə sədri qazi zabitə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
    Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər