Millət vəkili şəhid polkovnik-leytenant Mehman Şirvanovun xanımı ilə görüşdü

Millət vəkili şəhid polkovnik-leytenant Mehman Şirvanovun xanımı ilə görüşdü
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Mehman Şirvanovun həyat yoldaşı Arzu xanım ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Komitə sədri şəhidin xanımını dinləyib, öz ürək sözlərini bölüşüb:
    "Siz, Vətən uğrunda öz canını qurban vermiş yüksək çinli zabitimizin xanımısız. Biz bu il ilk dəfə Zəfər Günü Bayramını keçirdik. Bu Zəfər Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

    Şəhid polkovnik-leytenantımız Azərbaycan Prezidentinin Sərəncamına (15.12.2020) əsasən yüksək "Qarabağ" ordeni ilə təltif edilib.
    Bu orden qəhrəman şəhidimizə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiyinə görə verilib.
    Şəhid zabitimiz Azərbaycan Prezidenti İlham Əliyevin digər Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

    İnanırıq ki, qəhrəman şəhidimizin həyat və döyüş yolu kitablara, filmlərə, rəsmlərə, digər yaradıcılıq növlərinə mövzu olacaq, gözəl əsərlər yaranacaq. Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə minnətdarlıqla xatırlayacağıq. 
    Şəhid Mehman Şirvanov vətənimizə əvəzsiz xidmət göstərib. Aprel döyüşlərində sərgilədiyi qəhrəmanlıqla yetinməyən qəhrəmanımız Vətən Müharibəsində də iştirak edərək, Murov dağı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib, şəhidlik zirvəsinə yüksəlib.
    Həyat yoldaşı Arzu xanım bizə şəhidin xatirələrindən danışıb.

    Komitə sədri şəhid zabitin xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. 

    Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və RHİM İB sədri Arzu Bağırova iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər