Millət vəkili Vətən Müharibəsinin şəhidi Rəcəb Məmmədovun anası ilə görüşdü - FOTO

Millət vəkili Vətən Müharibəsinin şəhidi Rəcəb Məmmədovun anası ilə görüşdü - FOTO
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi Rəcəb Məmmədovun anası ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Komitə sədri, şəhidin anasını dinləyib, öz ürək sözlərini bölüşüb:

    “Əziz anamız,
    Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun anasısız. Biz Sizinlə Laçının işğaldan azad olunmasının birinci ildönümündə görüşürük. Bu il ilk dəfə qeyd etdiyimiz Zəfər Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, qüruru ən çox siz şəhid anaları haqq edirsiz. Sizə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə dərin minnətdarlıqla xatırlayacağıq”.

    Komitə sədri şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. 

    Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər