Zakir Fərəcov Gündüz Əliyevi özünə müavin gətirə bilmədi - SƏBƏBLƏR

Zakir Fərəcov Gündüz Əliyevi özünə müavin gətirə bilmədi - SƏBƏBLƏR
  • Siyasət / Araşdırma

  • Sumqayıt şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev xeyli vaxtdır ki, müavin postuna getmək arzusundadır. İcra başçısı Zakir Fərəcov da onu özünə müavin təyin etməkdə əvvəllər problem görmür, amma...

    Asiya.az
    -ın məlumatına görə, Gündüz Əliyevin reputasiyasının zədələnməsi və mediada adının müxtəlif hadisələrdə keçməsi səbəbindən müavinliyə gedən yolu bağlanıb. Çünki onun təqdimatını yuxarılara vermək müşkülə çevrilib. Bu səbəbdən şöbə müdiri vəzifəsindən yuxarı qalxa bilmir. Onun həm “MTN işi”ndə adının keçməsi, həm mebel biznesi ilə məşğul olduğu barədə xəbərlər bir məmur və dövlət qulluqçusu kimi üstündən xətt çəkib. Ona görə Sumqayıtın İH rəhbəri Zakir Fərəcov Gündüz Əliyevi özünə müavin təyin edə bilmir və zaman gözləyir.
    Bir müddət əvvəl media yazmışdı ki, Sumqayıt şəhərinin 70 illik yubleyi ərəfəsində təltif olunanlar arasında şəhər bulvarının salınmasında müstəsna əməyi olan Fəzail Hüseynovun, şəhərin ictimai həyatını, təhsil və səhiyyə sahəsini diqqətdə saxlayan Teymur Səmədovun deyil, Gündüz Əliyevin adı olub. 

    Cəmi bir neçə ildir dövlət qulluğunda çalışmasına baxmayaraq, onun haqqında dövlət başçısına təqdimat verilib və təxminən bir ay öncə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
    Gündüz Əliyevin belə qısa zamanda hansı “uğurlara” imza atdığını dəqiq deyə bilmərik. Amma bu şəxslə bağlı verilən məlumatlarda bildilir ki, o, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi postunda işlədiyi vaxt böyük korrupsiya və maxinasiyalara imza atması ilə yadda qalıb.

    Bu sırada Gündüz Əliyevin rəhbərlik etdiyi həmin idarədə xeyli sayda “ölü canlar”ın olduğu, büdcədən ayrılan pulların düzgün təyinat üzrə yönəlmədiyi xüsusilə diqqət çəkir. O baxımdan belə bir imicə malik məmurun müavin təyin olunması ciddi problemə çevrilməkdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər