Dünya yığması açıqlanıb

Dünya yığması açıqlanıb
  • İdman

  • Dünyanın rəmzi komandası açıqlanıb.

    Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi “11-lik” 4-3-3 sxemi üzrə qurulub.

    İtaliya millisi dünya yığmasında daha çox – 3 futbolçu ilə təmsil olunub. Portuqaliyanın iki oyunçusu rəmzi komandada yer alıb. Digər 6 futbolçu fərqli ölkə təmsilçiləridir.

    Qapıçı: Canluici Donnarumma (İtaliya);
    Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş), Leonardo Bonuççi (İtaliya), Ruben Diaş (Portuqaliya), Alfonso Devis (Kanada);
    Yarımmüdafiəçilər: Jorjinyo (İtaliya), Lionel Messi (Argentina), Kevin de Breyne (Belçika);
    Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Robert Levandovski (Polşa), Kilian Mbappe (Fransa).
    PAYLAŞ:

    Oxşar xəbərlər