Masallıda şəhid Sübhan Həsənovun anım mərasimi keçirilib – VİDEO/FOTOLAR

Masallıda şəhid Sübhan Həsənovun anım mərasimi keçirilib – VİDEO/FOTOLAR
  • Sosial / Manşet / Hərb

  • Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri“Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edil Sübhan Rauf oğlu Həsənovun anım mərasimi keçirilib.

      

    Asiya TV xəbər verir ki, il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərlərişəhid ailələri, qazilər iştirak ediblər.

     

    İcra başçısı Şahin Məmmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışıb.

     

    Sübhanlar bizə Zəfər Bayramını yaşatdılar. Masallıda bütün şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Mən şəhid ailələrinə təşəkkür edirəm. Onlar özlərini əsl vətənpərvər kimi aparırlar. Mən qazilərimizə təşəkkür edirəm.Onlar da böyük vətənpərvərlik nümunəsi göstərərək, heç kimə minnətçi olmadılar. Bu gün Sübhanın ruhu bizimlədir. Sübhan kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – deyə icra başçısı nitqini yekunlaşdırıb. 

     

    Sonra icra başçısı və millət vəkili stollara yaxınlaşaraq şəhid valideynləri ilə görüşüb, onlarla söhbət edib.

     

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

     

    Sonda mərasim iştirakçıları Masallı şəhər qəbiristanında şəhid əsgər Sübhan Həsənovun məzarını ziyarət ediblər.

    Allah rəhmət etsin!






    PAYLAŞ:

    Oxşar xəbərlər