Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi
  • Manşet / Cəmiyyət

  • Dünya şöhrətli siyasi xadim, keçmiş prezident Heydər Əliyevin vəfatından 18 il keçir.

    Asiya.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.
    Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

    Azərbaycanın dövlət himni səsləndirilib.

    Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər