Millət vəkili xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist üçün çağırış etdi - FOTO

Millət vəkili xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist üçün çağırış etdi - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist, tanınmış aktyor Novruz Qartalı (Əliyev) ziyarət edib. 

    Asiya.az xəbər verir ki, Novruz Qartalın səhhəti, müalicəsinin gedişi ilə yaxından maraqlanan Komitə sədri, dövlətin, Heydər Əliyev Fondunun sənətçilərə, onların qayğılarına hər zaman həssas yanaşdığını vurğulayaraq, Əməkdar artistin qayğılarına, o cümlədən sosial-məişət şəraitinə də həssas münasibət göstəriləcəyindən əmin olduğunu bildirib. Aktyorun 90-cı illərdə ardıcıl olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda hərbçilərimiz qarşısında maraqlı proqramlarla çıxışlar etdiyini minnətdarlıqla xatırlayıb. Əməkdar artistin “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Şeytanın yubileyi”ndə Şirvan, “Kələkbazlar”da Əlipaşa və b. rollarını xatırladan Q.Paşayeva ona tezliklə sağlamlığına qovuşmasını diləyib. 

    Ziyarətdə RHİM İB sədri Arzu Bağırova iştirak edib. 

     

    Mədəniyyət komitəsinin sədri ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı MM-da müvafiq qurumlara çağırış edib. 

     

    “Azərbaycanın Əməkdar artisti, ağır xəstə olaraq son günlərini yaşayan dəyərli sənətkarımız Novruz Qartalla bağlı danışmaq istəyirəm. Novruz Qartal hər zaman bir sənətkar kimi öncəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial maddi durumu çox çətindir. 

     

    Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhvələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram.”




    PAYLAŞ:

    Oxşar xəbərlər