Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu oldu

Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu oldu
  • İdman

  • Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində World Cossack Fight Federation (WCFF) təşkilatının təşkil etdiyi dünya çempionatının qalibi olub.

    Asiya.az
    xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanla üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Yusifov yarışın qalibi adını sahib çıxıb. Turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.

    Qeyd edək ki, Nicat Yusifov iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da eyni rəqibi məğlubiyyətə uğradıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər