Qaynarinfo-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli son söz deyib.
V.Səfərli son sözündə verilmiş ittihamlarla razı olmadığını deyərək məhkəmədən bəraət istəyib.
Digər təqsirləndirilən Nadir Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.
Digər təqsirləndirilənlər Bünyamin Hacıyev, Valeh Orucov və Telman Tahirov da məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş ediblər.
Məhkəmədə hökm elan olunub.
Hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
Qeyd edək ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.