Şuşada sancılan bayraq Bakıda: “Davam” klipi təqdim edildi (FOTO/VİDEO)

Şuşada sancılan bayraq Bakıda: “Davam” klipi təqdim edildi (FOTO/VİDEO)
  • Mədəniyyət

  • Bu gün Nizami Kino Mərkəzində “Davam” Gənclər Hərəkatının hazırladığı “Davam” klipinin təqdimatı keçirilib.

    Asiya.az xəbər verir ki, təqdimat mərasimini “Davam” Gənclər Hərəkatının rəhbəri Nihad Allahyarlı açıb.O, bu tədbirə heç bir rəsmi şəxs çağırmadıqlarını bildirib:

    “Biz bu tədbirdə gənclərin və media nümayəndələrinin iştirak etməyini istədik. Bildiyimiz kimi, bu gün əlamətdar gündür. Belə bir əlamətdar gündə çalışdıq ki, səmimi formada “Davam” mahnısının və ərsəyə gələn klipin təqdimatını edək”. 

    Daha sonra mahnı və klip haqqında danışan birlik rəhbəri qeyd edib ki, mahnının sözləri, musiqisi və ifası sənətçi Fərid Mərdə aiddir. Layihənin kordinatoru isə Niyazi Quliyevdir. Klipin rejissoru İstanbul Film Akademiyasının məzunu Elvin Abdulla, baş operatoru isə Rüfət Hüseynovdur. Klipin çəkilişi 1600-dən çox gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi qələbənin əsəri olan Hərbi Qənimətlər Parkında və Bakının mərkəzi küçələrində baş tutub. “Davam” adlı mahnı və klip İlham Əliyevin davamçıları olan gəncliyin həmrəylik, birlik mesajını və onların tarixi Zəfərdən sonra fərqli, yeni Azərbaycanda dayanıqlı inkişaf yoluna “davam” söylədiyini özündə ehtiva edir.Bununla yanaşı, klipin son kadrı olan Hərbi Qənimətlər Parkında yer alan “Qarabağ Azərbaycandır” şüarı yazılmış lövhənin qarşısında dalğalandırılan Azərbaycan bayrağı isə 44 günlük Vətən müharibəsi dövründə məhz Şuşa şəhəri işğaldan azad edildikdən sonra şəhərə sancılan bayraqlardan biridir. “Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzinin rəhbəri Niyaz Əliyev mahnının hazırlanması üçün böyük bir komandanın işlədiyini bildirib: O, “Davam” mahnısının klipinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Hərbi Qənimətlər Parkı və Nizami Kino Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra “Davam” mahnısı və onun klipi Davamçı gənclərə və media nümayəndələrinə təqdim olunub.Sonda media nümayəndələrinin sualları cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.
    Günay İlqarqızı



    PAYLAŞ:

    Oxşar xəbərlər