24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi

24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi
  • Hadisə

  • 24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi.

    Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.

    BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.

    Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.

    Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.

    Faktla bağlı araşdırma aparılır. ///Pravda.az
    PAYLAŞ:

    Oxşar xəbərlər