Evlərdən oğurluq edən Masallı sakini saxlanıldı - FOTO

Evlərdən oğurluq edən Masallı sakini saxlanıldı - FOTO
  • Manşet / Hadisə

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.

     

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndi ərazisindəki evlərdən birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev saxlanılıb. 

     

    Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. 

     

    Belə ki, H.Paşayevin müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onun gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.  

     

    Faktlarla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər