Qazaxıstan Rusiyanın tarixi ərazisidir - Patriarx Kirill

Qazaxıstan Rusiyanın tarixi ərazisidir - Patriarx Kirill
  • Siyasət

  • Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qazaxıstan torpağında sülhün bərqərar olması üçün dualar edib.

    Onun sözləri Moskva Patriarxlığının saytında yer alıb.

    "Biz hamımız yaxşı bilirik ki, bir vaxtlar nəhəng olan ölkəmizin ərazisində indi ən ağır hadisələri baş verir. Ağır vətəndaş qarşıdurmasında insanlar arasında toqquşmalar yaşanıb, qan tökülür. Bu da çox yaxınlığımızda, Rusiyanın tarixi ərazisində yaşanır. Ona görə də, biz qan tökülməsinə, toqquşmalara, bu nizamsızlığa biganə qala bilmərik. Və bu gün mən bacardığım qədər dua etdim ki, Tanrı Qazaxıstan xalqına mərhəmətini səcdə etsin, daxili çəkişmələr dayansın və sülh bərqərar olsun", - Patriarx Kirill bildirib.

    Rus kilsəsinin başçısı inanır ki, Allahın lütfü ilə bu baş verəcək. Lakin o hesab edir ki, insanlar bu lütfünə layiq olmaq üçün öz tərəflərindən səy göstərməlidirlər.//Milli.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər