MN: Azərbaycan Ordusu Qırmızı Bazar istiqamətində atəş açmayıb - VİDEO

MN: Azərbaycan Ordusu Qırmızı Bazar istiqamətində atəş açmayıb - VİDEO
  • Manşet / Hərb

  • Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.

    Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb:
    "Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".
    PAYLAŞ:

    Oxşar xəbərlər