Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı
  • Hadisə

  • Bakının 162 nömrəli tam orta məktəbinin 11 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

    Orta məktəbdən verilən məlumata görə, hadisə dərsdən sonra baş verib.

    Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.

    Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər