Boş qalan yerlərə seçkilər mayda keçiriləcək: Müxalifətə 2 mandat veriləcək

Boş qalan yerlərə seçkilər mayda keçiriləcək: Müxalifətə 2 mandat veriləcək
  • Siyasət / Manşet

  • Məlum olduğu kimi, 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra bir neçə deputat yeri boş qalmışdı. Bundan başqa, deputatlardan daha ikisinin vəfat etməsi, birinin isə həbs olunmasından sonra boş qalan yerlənin sayı 6-ya çatıb.

    Asiya.az xəbər verir ki, 2022-ci ilin dövlət büdəcsində MSK-ya əlavə vəsait ayrılıb ki, bu da boş qalan yerlərə parlament seçkilərinin bu il keçiriləcəyi barədə fikirlərin yayılmasına səbəb olub. Elə hakimiyyətlə dialoq aparan partiyaların fəallaşmasından da aydın olan odur ki, hakimiyyət boş qalmış 6 yerin məsələsini bu il həll etməyi düşünür.

    Əldə etdiyimiz məlumata görə, boş qalan yerlərə seçkiləri bu ilin mayında keçiriləcək. JAMAZ.İNFO-ya etibarlı mənbələrdən daxil olan məlumata görə, artıq bununla bağlı qərar verilib. Sadəcə, həmin qərarın Milli Məclisdə müzakirə edilməsi və rəsmiləşdirilməsi qalıb. Məlumata görə, parlament məsələni ən geci mart ayında müzakirə edərək, qərar qəbul edəcək.
    Mənbə yeni mandat sahiblərinin kimlər ola biləcəyi barədə suala konkret cavab verməyib. O bildirib ki, hakimiyyət boş qalan yerlərdən ikisini müxalifət düşərgəsinə vermək fikrindədir. Lakin həmin müxalifət nümayəndəsinin konkret olaraq kim olacağı hələlik məlum deyil.
    PAYLAŞ:

    Oxşar xəbərlər