"Oğlumun elə bir biznesi də yoxdur..." - Novruz Məmmədov təqaüdə göndərilən polis oğlundan DANIŞDI

"Oğlumun elə bir biznesi də yoxdur..." - Novruz Məmmədov təqaüdə göndərilən polis oğlundan DANIŞDI
  • Manşet / Cəmiyyət

  • Xəbər verildiyi kimi, bir neçə ay əvvəl Azərbaycanın sabiq baş naziri Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədov təqaüdə göndərilib. 

    Asiya.az
    xəbər verir ki, Novruz Məmmədov Qaynarinfo-ya açıqlamasında hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.

    "Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi "ata, alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, övladlarına sərf edir”, - deyə Novruz Məmmədov bildirib.

    Sabiq baş nazir övladının biznesinin olmadığını da deyib:

    "Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu, asan iş deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər