Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq
  • İdman

  • Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.

    Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

    Daha əvvəl Pxençxan-2018 "İdman TV"də, Soçi-2014 və Vankuver-2010 "İctimai TV"də yayımlanıb.

    Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər