Tağıyevin yeni açılan heykəlini bu günə qoydular - FOTOFAKT

Tağıyevin yeni açılan heykəlini bu günə qoydular - FOTOFAKT
  • Olay

  • Xəbər verdiyimiz kimi, Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı baş tutub. 

    Asiya.az
    xəbər verir ki, açılışa Azərbaycan Prezidenti İlham Əliyev qatılıb. 

    "İçərişəhər" metrostansiyasının yanında, "İstiqlaliyyət" küçəsində ucaldılan abidə gün ərzində şəhər sakinlərinin izdihamlı ziyarətinə səbəb olub.

    Axşam saatlarında isə heykəlin görüntüləri yayımlanıb. Görüntülərdə H.Z.Tağıyevin təsbehinin sındırıldığı görünür. 

    ***

    Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
    O bildirib ki, hazırda araşdırma davam edir.

    DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

    Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.



    PAYLAŞ:

    Oxşar xəbərlər