Hafiz Məmmədov həbs edildi

Hafiz Məmmədov həbs edildi
  • Manşet / Cəmiyyət

  • Azərbaycanın məşhur iş adamı Hafiz Məmmədov həbs edilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Məlumata görə, o, böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham edilib. Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

    Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
    Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    Odur ki, sahibkar barədə həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər