DİN mətbuat xidmətindən Asiya.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Aləddin Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Aləddin Məmmədovun narkotik vasitə satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.