Azərbaycanda 25 yaşlı oğlanın qulağını bu səbəbdən kəsiblər

Azərbaycanda 25 yaşlı oğlanın qulağını bu səbəbdən kəsiblər
  • Olay

  • Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini, Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Trend-ə bildirib ki, dərhal Samux RPŞ-nin əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyə edib.

    Araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su kranını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.
    Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər