Vilayət Eyvazov Namidan Piriyevi yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov Namidan Piriyevi yüksək vəzifəyə təyin etdi
  • Siyasət / Manşet

  • Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən o, BDYPİ-nin rəis müavini təyin olunub.

    Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər