Komandolar real döyüş şəraitində təlim keçir - VİDEO

Komandolar real döyüş şəraitində təlim keçir - VİDEO
  • Hərb

  • Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.

    Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

    Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər