Masallıda “Azərişıq”-ın əndirabadi işi – VİDEO

Masallıda “Azərişıq”-ın əndirabadi işi – VİDEO
  • Sosial / Araşdırma

  • “Azərişıq” öz əndirabadi hərəkətləri ilə hər zaman vətəndaşları təəccübləndirir. 

    Asiya TV xəbər verir ki, Masallı rayon Ərkivan qəsəbə sakini Məzahir Cəfərova məxsus evin elektrik sayğacı qonşunun həyətində yerləşir.

    Evdən işıq sayğacına kimi ən azı 100 metr məsafə vardır.

    Problem təkcə elektrik sayğacının evdən uzaq olması deyil, həm də uşaq əli çatacaq hündürlükdə, qəzalı vəziyyətdə olmasıdır. 

    Problemlər bununla da bitmir. Sayğacdan həmin evə çəkilən işıq naqilləri işıq dirəyinə deyil, qonşunun evinə birləşdirilərək ötürülüb. 

    Masallı Elektrik şəbəkəsinin bu qanunsuz hərəkətləri ilə bağlı “Azərişıq”-ın qaynar xəttinə, eləcə də rayon şöbəsinə dəfələrlə müraciət olunsa da heç bir tədbir görülməyib.

     

    PAYLAŞ:

    Oxşar xəbərlər