"Marsel" erməni qapıçısını Bakıya gətirməyəcək

"Marsel" erməni qapıçısını Bakıya gətirməyəcək
  • İdman

  • Fransanın "Marsel" komandası erməni əsilli qapıçısı Manuel Nazaretyanı "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün Bakıya gətirməyəcək.

     B siyahısından üçüncü qolkiper qismində kamerunlu Simon Nqapanduetnbu səfər çıxan heyətə daxil edilib.

    Komandanın A siyahısındakı əsas qapıçıları isə Pau Lopes və Stiv Mandanda olub. Baş məşqçi Xorxe Sampaoli Nazaretyanla yanaşı, yerli qapıçı Fabio Vannini də Marseldə saxlayıb.

    "Marsel"in yetirməsi olan Nazaretyan 2019-cu ildən gənclər komandasında çıxış edir. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan millisinin də üzvüdür. Qolkiper həm Ermənistan, həm də Fransa vətəndaşıdır.

    Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
    PAYLAŞ:

    Oxşar xəbərlər