Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant İŞDƏN ÇIXARILDI

Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant İŞDƏN ÇIXARILDI
  • Siyasət

  • Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində polis zabiti xidmətdən xaric edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər