Cavid Qurbanov QANUN POZDU – OLİQARX MƏMUR GEDİR…

Cavid Qurbanov QANUN POZDU – OLİQARX MƏMUR GEDİR…
  • Araşdırma / İqtisadiyyat

  • İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırıb.

    Asiya.az 
    xəbər verir ki, bu da QSC sədri Cavid Qurbanova xəbərdarlıq xarakterli addım kimi qiymətləndirilir. C. Qurbanovun fəaliyyətindən siyasi rəhbərliyin o qədər də razı qalmadığı bildirilir. Dövlət başçısının apardığı kadr islahatları siyasətində növbənin C. Qurbanova çatacağı xəbərləri dolaşır. Çünki köhnə məmurlardan, milyonçu vəzifəli şəxslərdən qalan tək-tükləri arasında C. Qurbanovdur. Odur ki, onunla vidalaşmaq üçün hazırlıq gedir.

    Tia.az nazirliyin xidmətinə istinadən xəbər verir ki, qurum tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb. Görünür, C.
    Qurbanov ciddi qanun pozuntularına yol verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər