Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artistini 70 illik yubileyi münasibətilə təbrik edib

Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artistini 70 illik yubileyi münasibətilə təbrik edib
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovla görüşüb.

    Millət vəkili Xalq artistini 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    “Hörmətli Eldar müəllim, Sizi, 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz, özünəxas ruhi-mənəvi energetikası olan İçərişəhərdə, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun ocağında doğulmuş, 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almısız. Bütün bu deyilənlər və fitri istedadınız Sizin həyat və yaradıcılıq yolunuzu qəti şəkildə müəyyənləşdirib; Siz "Yeddi gözəl" rok-operası, "Kleopatra", "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, bir sıra filmlərin, tamaşaların musiqisinin, eləcə də, üç mindən artıq mahnı və instrumental musiqinin müəllifi olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz. Siz Azərbaycan Bəstəkarlar İttifaqının, habelə Kinematoqrafçılar İttifaqının üzvüsüz. 2007-2012-ci illərdə Bəstəkarlar İttifaqının katibi olmusuz. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüsüz; 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüsüz. Azərbaycan Prezidenti bugünlərdə Sizi musiqi sənətimizin inkişafındakı xidmətlərinizə görə "Şöhrət" ordeni ilə təltif edib. Sizi 70 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

    Milli Məclisin Mədəniyyət Komitəsi sədri Qənirə Paşayeva Xalq artistinə Komitə adından Təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.

    Xalq artisti səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.

    Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və RHiM İB sədri Arzu Bağırova da iştirak edib. Onlar da Xalq artisti Eldar Mansurovu təbrik edib, ona bundan sonraki fəaliyyətində uğurlar diləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər