Ramazan ayının başlama vaxtı açıqlandı

Ramazan ayının başlama vaxtı açıqlandı
  • Manşet / Cəmiyyət

  • Aprelin 2-si Ramazan ayının ilk günüdür.

    Asiya.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

    O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

    "Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.

    QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

    "Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər