Qənirə Paşayeva tanınmış rəssam Milena Nəbiyevanın emalatxanasını ziyarət edib

Qənirə Paşayeva tanınmış rəssam Milena Nəbiyevanın emalatxanasını ziyarət edib
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Həyata Ümid” İctimai Birliyinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Milena Nəbiyevanın emalatxanasını ziyarət edib, işləri ilə yaxından tanış olub və geniş fikir mübadiləsi aparılıb.

    Asiya.az
    Komitə sədri rəssamın ölkədaxili yaradıcı və ictimai fəaliyyəti ilə yanaşı beynəlxalq sərgilərdə uğurlu iştirakından şad olduğunu bildirib: "Bu günə qədər yaradıcılıq kolleksiyanız “Tətbiqi rəsm” üslubunda olan 300-dən artıq bədii işdən ibarətdir. Onların əsasında Azərbaycanın milli ornamentlərindən istifadə olunduöunu özəlliklə vurğulamalıyıq. Süjetləriniz milli memarlıq istiqamətləri ilə həmagəngdir. Bir çox rəsmləriniz fərdi kolleksiyalarda, o cümlədən, xarici kolleksiyalarda saxlanılır.  

    2017-ci ildə “Həyata Ümid” xeyriyyə layihəsini yaratmısız. Bu platforma üzərindən ehtiyacı olan insanlara yardım aksiyaları təşkil edilib və belə aksiyalar davam edir.

    2020-ci ilin iyun ayında tanınmış Azərbaycan rəssamlarının iştirakı ilə “Həyata Ümid” çərçivəsində virtual xeyriyyə aksiyası - sərgi-satış təşkil edilmişdir.

    Karantin rejimi və lokdaun zamanı “Həyata Ümid” sayəsində 3000-dən artıq ehtiyacı olan ailəyə məhsul yardımı və maddi dəstək göstərilmişdir.

    Sizi bütün uğurlarınız və Novruz bayramı münasibəti ilə təbrik edir, yeni uğurlar diləyirəm. Sizinlə əməkdaşlıqdan məmnunuq"!
    Rəssam səmimi görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

    Qeyd edək ki, Milena Nəbiyeva:
    - 2016 il – "Galeri Artis" Ankara;
    - 2015 il – "Do-Qalereya", Sankt-Peterburq;
    -  2015 il – Azərbaycanın Rəssamlar İttifaqı, Bakı;
    - 2016 il – Müasir İncəsənət Muzeyi, Bakı;
    - 2017 il – fərdi sərgi "Kainatın naxışları", Muzey Mərkəzi, Bakı;
    - 2018 il – fərdi sərgi "Payızımın kölgələri", Muzey Mərkəzi, Bakı)
    kimi unudulmaz sərgilərlə çıxış edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər