Azərbaycan cüdoçusu Avropa kubokunda qızıl medal qazandı

Azərbaycan cüdoçusu Avropa kubokunda qızıl medal qazandı
  • İdman

  • Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb.

    81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib.

    Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə üz-üzə gələcəklərindən, onlardan biri Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıracaq. Vüqar Talıbov (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq./Oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər