Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu
  • İdman

  • Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

    97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.

    İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

    Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər
    PAYLAŞ:

    Oxşar xəbərlər