"Tiktok" istifadəçilərinə xəbərdarlıq: Şəxsi videolarınız yayıla bilər

"Tiktok" istifadəçilərinə xəbərdarlıq: Şəxsi videolarınız yayıla bilər
  • Maraqlı

  • "TikTok" istifadəçilərinə xəbardarlıq edilib.

    AZXEBER.COM xəbər verir ki, ən çox istifadə edilən tətbiqlərdən biri olan və milyonlarla videonu istifadəçilərinə təqdim edən "TikTok” yeni funksiyanın sınaq mərhələsinə keçib. Test mərhələsində olan xüsusiyyət istifadəçilərə rahatlıq təmin etməklə yanaşı, gizlətmək istədiyiniz keçmişinizi də ortaya qoya bilər.
     
    Belə ki, yalnız özünüzə aid paylaşılan postlar kütləvi şəkildə yayımlana bilər. 

    Xüsusiyyət ilk olaraq "Twitter” istifadəçisi Hammond Oh-un tvitində ortaya çıxıb. Hammond bu funksiyaya proqramın parametrlərində daxil olmaq mümkün olduğunu göstərən ekran görüntüsü paylaşıb.

    Belə ki, "TikTok”-un yeni tarixçə fuksiyası hazırlanır. Bu cür fuksiyalar "Youtube” kimi platformalarda istifadə olunur. Bəzi istifadəçilər bu funskiyanın "Tiktok”da hazırlanmasını tənqid edib.
     
    "Tiktok”un baxış tarixçəsinin istifadəçilər tərəfindən necə qiymətləndiriləcəyini zaman göstərəcək.
     
    Ayşən Mirzəyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər